24 Avqust 2019, Şənbə - 11:00

Koreya Qran Prisi: Yarış

Koreya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:38 - 10 Noyabr, 2012

Quru. Buludlu. Havanın temperaturu +21° C, trasın temperaturu +27° C Ardıcıl ikinci yarışa Red Bull sürücüləri ilk cərgədən start almalı […]

Quru. Buludlu. Havanın temperaturu +21° C, trasın temperaturu +27° C

Ardıcıl ikinci yarışa Red Bull sürücüləri ilk cərgədən start almalı idilər – amma bir həftə əvvəl Suzukada Fettel pouldan start almışdısa, Koreyada Mark Uebber sıralanma turunda komanda yoldaşını qabaqlamışdı.

Start düzlüyündə iki sürücü cərimə olunmuşdu – Şarl Pik doqquzuncu motora görə 10 yer, Daniel Rikkardo isə ötürmələr qutusuna görə beş yer itirməli olmuşdular.

Batton, Peres, Kobayaşi, di Resta, Vern və de la Rosa starta Soft təkərlərlə çıxıblar, digər sürücülər isə SuperSoft tərkibinə üstünlük veriblər.

Startda Fettel Uebberi, Alonso isə Həmiltonu qabaqlayıblar. Kobayaşi birinci döngənin əylənməsində səhvə yol verib və Battonla Rosberqə çırpılıb, hər iki sürücü mübarizəni dayandırsa da, yaponiyalı sürücü yeni burun elementi ilə mübarizəni davam etdirib. 2-ci dövrədə ilk onluq: Fettel – Uebber – Alonso – Həmilton – Massa – Rəykkönen – Hülkenberq – Qrojan – Peres – Şumaher.

Rosberqin maşını start düzlüyünün kənarında dayandığı üçün bu sahədə sarı bayraqlar dalğalanıb və uzun müddət sürücülər DRS_dən istifadə edə bilməyiblər. Kobayaşi start insidnetinə görə pit-leyndən keçməklə cəza alıb.

13-cü dövrədə Həmilton, Hülkenberq, Qrojan, Şumhaer və Vern pit-stoplar dalğasına start veriblər. 14-cü dövrədə Uebber, Massa, Rəykkönen və Rikkardo, 15-ci dövrədə Fettel, Alonso və di Resta yeni təkər dəsti alıblar. Peres köhnə təkərlərlə trasda qaldığı üçün hamı onu keçməyə başlayıb. Kobayaşi və de la Rosa mübarizəni dayandırıblar.

18-ci dövrədə Peres mexaniklərinin yanına yönəlib. 20-ci dövrədə Massa Həmiltonu üstələyərək dördüncü yerə yüksəlib. 21-ci dövrədə Maldonado ilk pit-stopunu gerçəkləşdirib. 23-cü dövrədə Rəykkönen ötmə zonasında Həmiltonu keçib, amma növbəti döngədə Lyuis mövqeyini geri qaytarıb. 24-cü dövrədə Vern Şumaheri keçərək ilk onluğa daxil olub: Fettel – Uebber – Alonso – Massa – Həmilton – Rəykkönen – Hülkenberq – Qrojan – Rikkardo – Vern.

26-cı dövrədə Həmilton, 28-ci dövrədə di Resta, 31-ci dövrədə Qrojan, 32-ci dövrədə Uebebr, Hülkenberq və Şumaher, 34-cü dövrədə Alonso və Peres, 35-ci dövrədə Fettel, Massa, Rəykkönen və Rikkardo ikinci dəfə pit-stop ediblər.

37-ci dövrədə di Resta Şumaheri keçib. Massa Alonsodan sürətli olsa da, komandadan “sakit olmaq və mövqeyini qorumaq” əmri alıb. Qrojan Həmiltona hücum edib, fürsətdən istifadə edən Hülkenberq hər ikisini qabaqlayıb. 40-cı dövrədə ilk onluq: Fettel – Uebber – Alonso – Massa – Rəykkönen – Hülkenberq – Həmilton – Qrojan – Rikkardo – Vern.

42-ci dövrədə Həmilton daha bir pit-stop edib, SuperSoft təkərlərlə trasa qayıdan britaniyalı sürücü Verni qabaqlamağa çalışıb – amma Toro Rosso maşını düzlükdə sürətli olub. Lyuisin maşınına isə süni otluqdan bir parça ilişib və maşın sürətini itirib. 52-ci dövrədə Vern komanda yoldaşı Rikkardonu da üstələyib.

Sebastyan Fettel isə karyerasında 25-ci, mövsümdə 4-cü və ardıcıl 3-cü qələbəsini qazanaraq çempionatda ldierliyi ələ alıb. Mark Uebber finişdə ikinci olmaqla Red Bull-a dubl qazandırıb – komanda Mühəndislər Kubokunda titulu qazanamq üçün vacib addım atıb. Ferrari isə hər iki sürücüsünün kiçik dublu sayəsində McLaren komandasını qabaqlayıb.

İkihəftəlik fasilədən sonra bizi daha iki cütləşmiş yarış – Hindistan və Abu Dabi Qran Priləri gözləyir, titula namizədlərin sayı hər yarışdan sonra azalır – mövsümün sonu maraqlı olacaq!

YerPilotKomandaMotorVaxt
01S.FettelRed BullRenault1.36:28.651
02M.UebberRed BullRenault+ 0:08.231
03F.AlonsoFerrariFerrari+ 0:13.944
04F.MassaFerrariFerrari+ 0:20.168
05K.RəykkönenLotusRenault+ 0:36.739
06N.HülkenberqForce İndiaMercedes+ 0:45.301
07R.QrojanLotusRenault+ 0:54.812
08J.E.VernToro RossoFerrari+ 1:09.589
09D.RikkardoToro RossoFerrari+ 1:11.787
10L.HəmiltonMcLarenMercedes+ 1:19.692
11S.PeresSauberFerrari+ 1:20.062
12P.di RestaForce İndiaMercedes+ 1:24.448
13M.ŞumaherMercedes AMGMercedes+ 1:29.241
14P.MaldonadoWilliamsRenault+ 1:34.924
15B.SennaWilliamsRenault+ 1:36.902
16V.PetrovCaterhamRenault+ 1 dövrə
17H.KovalaynenCaterhamRenault+ 1 dövrə
18T.QlokMarussiaCosworth+ 1 dövrə
19Ş.PikMarussiaCosworth+ 2 dövrə
20N.KartikeyanHRTCosworth+ 2 dövrə
P.de la RosaHRTCosworth
K.KobayaşiSauberFerrari
N.RosberqMercedes AMGMercedes
C.BattonMcLarenMercedes

Sürətli dövrə: Mark Uebber (Red Bull) – 1:42.037 (54-cü dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault215
02F.AlonsoFerrariFerrari209
03K.RəykkönenLotusRenault167
04L.HəmiltonMcLarenMercedes153
05M.UebberRed BullRenault152
06C.BattonMcLarenMercedes131
07N.RosberqMercedes AMGMercedes93
08R.QrojanLotusRenault88
09F.MassaFerrariFerrari81
10S.PeresSauberFerrari66
11K.KobayaşiSauberFerrari50
12N.HülkenberqForce İndiaMercedes45
13P.di RestaForce İndiaMercedes44
14M.ŞumaherMercedes AMGMercedes43
15P.MaldonadoWilliamsRenault33
16B.SennaWilliamsRenault25
17J.E.VernToro RossoFerrari12
18D.RikkardoToro RossoFerrari9
19T.QlokMarussiaCosworth0
20H.KovalaynenCaterhamRenault0
21V.PetrovCaterhamRenault0
22J.D’AmbrozioLotusRenault0
23Ş.PikMarussiaCosworth0
24N.KartikeyanHRTCosworth0
25P.de la RosaHRTCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault367
02FerrariFerrari290
03McLarenMercedes284
04LotusRenault255
05Mercedes AMGMercedes136
06SauberFerrari116
07Force İndiaMercedes89
08WilliamsRenault58
09Toro RossoFerrari21
10MarussiaCosworth0
11CaterhamRenault0
12HRTCosworth0

Koreya Qran Prisi: Yarış

Koreya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:59 - 23 Noyabr, 2011

Quru. Buludlu. Havanın temperaturu +21° C, trasın temperaturu +25° C Koreya Qran Prisinə qədər Red Bull sürücüləri mövsümün bütün yarışlarında […]

Quru. Buludlu. Havanın temperaturu +21° C, trasın temperaturu +25° C

Koreya Qran Prisinə qədər Red Bull sürücüləri mövsümün bütün yarışlarında pouldan start almışdılar, yalnız 16-cı mərhələdə rəqiblər bu seriyanı poza biliblər – sıralanma turunda Lyuis Həmilton birinci olub, amma hamı bilirdi ki, yarışın gedişində start mövqeyi deyil, təkərlərin yeyilmə dərəcəsi həlledici faktor olacaq.

Startda Həmilton poulun üstünlüyünü saxlaya bilib, amma artıq dördüncü döngədə Fettel irəli çıxıb. Uebber üçüncülüyə yüksəlib, Batton üç mövqe itirib, Şumaher iki mövqe qazanıb.

Avtodroma yağış dolu buludlar yaxınlaşsa da, bu dəfə yağış bir neçə damçı ilə kifayətlənib.

14-cü dövrədə Batton və Rosberq təkərlərini dəyişiblər, Mercedes GP-nin mexanikləri daha cəld tərpəniblər – Niko trasa Censonun önündə qayıdıb, amma bir neçə döngədən sonra britaniyalı sürücü status-kvonu bərpa edib. 15-ci dövrədə Uebber, Massa, Petrov və Şumaher pit-stop keçiriblər, 16-cı dövrədə Həmilton və Alonso boksa baş çəkiblər.

17-ci dövrədə Fettel təkərlərini dəyişib və bu an Təhlükəsizlik Maşını (TM) trasa çıxıb – Petrov və Şumaher üçüncü döngədə toqquşublar: Mixaelin maşını trasda qalıb, Vitaliy isə boksa qayıdıb və kokpiti tərk edib. Restartda vəziyyət dəyişməyib. Stüardlar Maldonadonu boksa düzgün girmədiyi üçün pit-leyndən keçməklə cərimə ediblər.

27-ci dövrədə Massa Rosberqi keçərək beşinciliyə yüksəlib, Niko əylənmədə təkərlərini zədələdiyi üçün vaxtından əvvəl pit-stopa yönəlib. 31-ci dövrədə Maldonado boksda maşınını tərk edib.

34-cü dövrədə Həmilton və Uebber təkərlərini dəyişiblər, 35-ci dövrədə Fettel, Batton və Massa mexaniklərin qonağı olublar. Mark və Lyuis bir neçə dəfə mövqelərini dəyişsələr də, Lyuis avstraliyalı sürücünün önündə qalıb. 38-ci dövrədə Alonso təkərlərini dəyişib.

49-cu dövrədə Uebber bir daha Həmiltonu keçib, amma Lyuis bu dəfə də mövqeyini geri qaytarıb. Arxada isə Alonso Battona hücum məsafəsinə yaxınlaşıb, amma Yonamda hətta DRS_lə ötmək çətin məsələyə çevrilib.

Sebastyan Fettel mövsümdə 10-cu, karyerasında isə 20-ci qələbəsini qazanıb. Red Bull isə vaxtından əvvəl Mühəndislər Kubokuna sahib çıxıb. Titullar sahiblərini tapıb, amma iki həftədən sonra bizi ilk Hindistan yarışı gözləyir. Maraqlı olacaq!

YerPilotKomandaMotorVaxt
01S.FettelRed BullRenault1.38:01.994
02L.HəmiltonMcLarenMercedes+ 0:12.019
03M.UebberRed BullRenault+ 0:12.477
04C.BattonMcLarenMercedes+ 0:14.694
05F.AlonsoFerrariFerrari+ 0:15.689
06F.MassaFerrariFerrari+ 0:25.133
07X.AlgersuariToro RossoFerrari+ 0:49.538
08N.RosberqMercedes GPMercedes+ 0:54.053
09S.BuemiToro RossoFerrari+ 1:02.762
10P.di RestaForce İndiaMercedes+ 1:08.602
11A.SutilForce İndiaMercedes+ 1:11.229
12R.BarrikelloWilliamsCosworth+ 1:33.068
13B.SennaLotus Renault GPRenault+ 1 dövrə
14H.KovalaynenTeam LotusRenault+ 1 dövrə
15K.KobayaşiSauberFerrari+ 1 dövrə
16S.PeresSauberFerrari+ 1 dövrə
17Y.TrulliTeam LotusRenault+ 1 dövrə
18T.QlokMarussia VirginCosworth+ 1 dövrə
19D.RikkardoHispaniaCosworth+ 1 dövrə
20J.D’AmbrozioMarussia VirginCosworth+ 1 dövrə
21V.LiutsiHispaniaCosworth+ 3 dövrə
M.ŞumaherMercedes GPMercedes
V.PetrovLotus Renault GPRenault
P.MaldonadoWilliamsCoswort

Sürətli dövrə: Sebastyan Fettel (Red Bull) – 1:39.605(55-ci dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault349
02C.BattonMcLarenMercedes222
03F.AlonsoFerrariFerrari212
04M.UebberRed BullRenault209
05L.HəmiltonMcLarenMercede196
06F.MassaFerrariFerrari98
07N.RosberqMercedes GPMercedes67
08M.ŞumaherMercedes GPMercedes60
09V.PetrovLotus Renault GPRenault36
10N.HaydfeldLotus Renault GPRenault34
11A.SutilForce İndiaMercedes28
12K.KobayaşiSauberFerrari27
13X.AlgersuariToro RossoFerrari22
14P.di RestaForce İndiaMercedes21
15S.BuemiToro RossoFerrari15
16S.PeresSauberFerrari13
17R.BarrikelloWilliamsCosworth4
18B.SennaLotus Renault GPRenault2
19P.MaldonadoWilliamsCoswort1
20P.de la RosaSauberFerrari0
21Y.TrulliTeam LotusRenault0
22H.KovalaynenTeam LotusRenault0
23V.LiutsiHispaniaCosworth0
24J.D’AmbrozioMarussia VirginCosworth0
25T.QlokMarussia VirginCosworth0
26N.KartikeyanHispaniaCosworth0
27D.RikkardoHispaniaCosworth0
28K.ÇandhokTeam LotusRenault0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault558
02McLarenMercedes418
03FerrariFerrari310
04Mercedes GPMercedes127
05Lotus Renault GPRenault72
06Force İndiaMercedes49
07SauberFerrari40
08Toro RossoFerrari37
09WilliamsCosworth5
10Team LotusRenault0
11HispaniaCosworth0
12Marussia VirginRenault0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 456
Teqlər
Paylaş

logo