P.Maknelli Allsport-u tərk edəcək

Beş il əvvəl CVC holdinqi dünya çempionatının traslarında reklam yerləşdirmək hüququnun və məşhur Paddock Club-un sahibi olan Allsport şirkətlər qrupunu […]

Beş il əvvəl CVC holdinqi dünya çempionatının traslarında reklam yerləşdirmək hüququnun və məşhur Paddock Club-un sahibi olan Allsport şirkətlər qrupunu alarkən Pəddi Maknelli şirkətin icraçı direktoru vəzifəsini saxlaya bilmişdi.

Pəddini “Formula1-in reklam duhası” adlandırırdılar, amma onun yaşı artıq yetmişi keçib və keçən il Dəvid Kəmpbell onun köməkçisi təyin olunanda, çoxları başa düşdü ki, söhbət gələcək varisdən gedir.

Daily Mail-ə müsahibəsində Ekklstoun təsdiq edib ki, Britaniyanın ən uğurlu və varlı biznesmeni olan Maknellinin işgüzar karyerası tezliklə başa çatacaq…

Berni Ekllstoun: “Pəddi müasir Formula1-in təsisçilərindən biridir, amma indi o hesab edir ki, şirkətə daha gənc biznesmen başçılıq etməlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*