R.Kubitsa hələ təslim olmayıb?

Robert Kubitsanın meneceri Niko Rosberq bildirib ki, polşalı sürücü üçün heç nə bitməyib.

F-1.az xatırladır ki, Williams komandası Sergey Sirotkini əsas sürücü kimi seçərək Robert Kubitsanı developer sürücü təyin edib.

Niko Rosberq: “Robert üçün istədiyimiz şey bu deyildi, amma artıq əlimizdən heç nə gəlmir. Ən azından artıq trasda və simulyatorda daha çox vaxt keçirəcək. Bu da özünü göstərməyi üçün əla fürsətdir. Bu vəzifə onun üçün çox vacibdir. Bu şansdan yaxşı istifadə etsə, gələcəkdə daha çox yarışa bilər. Ona güvənirəm. O, yaxın dostumdur və göstərdi ki, Formula1-də yarışa bilər. Ümid edirəm ki, yuxunu reallaşdırarıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*