F.Massa: “Həmilton fikrini cəmləməlidir”

Felipe Massa Lyuis Həmiltonun bu il də Rosberqi məğlub etmək üçün bütün diqqətini yarışa cəmləməli olduğunu düşünür.
F-1.az xatırladır ki, ilk dəfə 2008-ci ildə çempion olan Həmilton geridə qoyduğumuz son 2 mövsümdə də komanda yoldaşını qabaqladı və artıq 3 qat çempiondur. Amma keçən mövsümün son 3 yarışında Rosberq qalib gəldi və bu mövsüm kimin çempion olacağı böyük maraq doğurur.
Felipe Massa: “Niko son 3 yarışda qalib gəldi. Bəlkə də Həmilton o yarışlarda fikrini cəmləməmişdi və ya mövsümün ilk hissəsindəki çıxışı olduqca üstün idi. Nikonun son yarışlarına baxsaq deyə bilərik ki, Lyuisin daha çox fikrini cəmləməyə ehtiyacı var”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*