Niko Rosberq: “Zandfortdakı yarış zamanı Lando Hard təkərlərdə analoji vəziyyətdə olan Rasselldən hər dövrədə 0.7-0.8 saniyə daha sürətli idi. Lando trasda sadəcə inanılmaz sürətlə uçurdu.
Aydındır ki, bu, Mercedes-i ciddi narahat edir. İndi onların əsas rəqibi McLaren-dir, onlar iki yarış qazanıblar, sürət üstünlüyünə malikdirlər və maşınlarını hamıdan daha sürətlə təkmilləşdirirlər. Mövsümün ikinci hissəsi Mercedes üçün çətin keçə bilər”.





