İnterlaqosda yeni asfalt döşənib

Bir il əvvəl Braziliya Qran Prisinin iştirakçıları İnterlaqos trasının örtüyündən gileylənmişdilər – start finiş düzlüyündə yeni asfalt döşənmişdi, bu yeni […]

Bir il əvvəl Braziliya Qran Prisinin iştirakçıları İnterlaqos trasının örtüyündən gileylənmişdilər – start finiş düzlüyündə yeni asfalt döşənmişdi, bu yeni sahənin ilişmə xüsusiyyətləri köhnə sahələrdə olduğundan fərqli alınmışdı. Bundan başqa, start zamanı havanı beton tozu bürümüşdü.

Vəziyyəti düzəltmək üçün San Paulu avtodromunun sahibləri asfalt örtüyünü tam dəyişməyi və bəzi təmir işləri görməyi qərara alıblar. Görülən işlərdən sonra birinci döngənin eni 2 m artıb, altıncı və yeddinci döngələrdə isə porebriklər tam yoxa çıxıb.

Amma modernizə işləri İnterlaqosun iki təhlükəli yerlərinə toxunmayıb – bu yaxınlarda Paulu Kuntsenin həlak olduğu Curva do Sol döngəsi və Qustavo Sondermannın həlak olduğu Subida dox Boxes döngəsi dəyişməz qalıblar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*