Estrella Galicia Ferrari-nin yeni sponsoru olub

Karlos Saynsın şəxsi sponsoru Estrella Galicia yeni mövsümdə Ferrari-nin sponsorlarından biri olacaq.

F-1.az xatırladır ki, Estrella Galicia 2013-cü ildən bəri ispaniyalı sürücüyə sponsorluq edib. Pivə istehsalçısı keçən il McLaren-in sponsoru idi. Lakin Saynsın Britaniya komandasını Ferrari-yə dəyişməsindən sonra Estrella Galicia da “qırmızılar”ın yolunu tutub.

Mattia Binotto: “Estrella Galicia pivə sektorunun yüksələn markalarındandır. Onlarla tərəfdaşlıq etməyə səbirsizlənirik. Onlarla çoxlu ortaq cəhətlərimiz var. Bundan başqa Estrella Galicia uzun illərdir ki, avtoidmanın içindədir və gənc sürücülərə dəstək verirlər. Bu da başqa ortaq cəhətimizdiı”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*