Ferrari 5 gənc sürücünü test edib

Ferrari İtaliyanın Fyorano trasında 5 fərqli gənc sürücü ilə performans testi edib.

F-1.az bildirir ki, 3 gün davam edən yoxlamalarda simulyator, psixoloji, zehinsəl və fiziki testlər edilib.

Test edən sürücülərdən biri Emerson Fittipaldinin nəvəsi Entso Fittipaldi olub. 15 yaşlı sürücü Ginetta Junior yarışmasında 18-ci olmuşdu.

Bu il İtaliya F4 çempionatında podiuma yüksəlmiş yerlisürücülər Simone Kunati və Lorenzo Kolombo da test edən sürücülər arasında olublar. Yeni zelandiyalı Markus Armstronq isə test edən 4-cü sürücü olub.

Testdə iştirak edən son sürücü isə ispaniyalı David Vidyales olub. 14 yaşlı sürücü bu mövsümü kartinqdə keçirmiş və güclü performans göstərmişdi. Vidyales Almaniya Junior Kart seriyasını 4-cü, CİK-FİA Avropa Çempionatını isə 8-ci yerdə bitirib.

Qeyd edək ki, Ferrari-nin Sürücü Akademiyasında Şarl Lekler, Antonio Fuoko, Culiano Alezi və Quan Yu Jou iştirak edir…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*