Q.Çjou: Rəqiblərimiz daha yaxşı işlədi

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou bildirib ki, rəqibləri inkişafda daha yaxşı iş görüblər.

F-1.az xatırladır ki, Alfa Romeo komandası mövsümün son yarışına qədər Aston Martin ilə altıncı yer uğrunda mübarizə aparıb.

Quanyu Çjou: “Rəqiblərimiz yenilikləri daha yaxşı işlədə bildilər. Biz ilk yeniliyi Suzukada, sonrakını Ostində aldıq. Yeniliklər daha tez gəlsə, altıncı yer uğrunda mübarizədə daha rahat olardıq”.

,