F.Vassyör: Komanda olaraq yaxşı işləməliyik

Alfa Romeo komandasının rəhbəri Frederik Vassyör bildiirb ki, Meksikada təkər istifadəsi uğur üçün vacibdir.

F-1.az xatırladır ki, italyanlar bu il bir neçə yarışda xala yaxın olsa da, əksər yarışlarda 11-ci yeri tutublar və xalın bir addımlığında qalıblar.

Frederik Vassyör: “Amerika və Meksika yarışları xal almağımız üçün böyük fürsət idi. Mexico City qəribə trasdır və dəniz səviyyəsindən yüksək olması bizim sazlanma tapmağımıza çətinlik törədir. Keçmişdə təkərlərin burada vacib rol oynadığını gördük. Buna görə də yaxşı nəticə üçün komanda olaraq həm boliddə, həm də komanda körpüsündə yaxşı işlər görməliyik. Bu mövsüm altı dəfə 11-ci yeri tutmuşuq və yenidən xal mübarizəsi xal aparsaq, təəccüblü olmayacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*