Ş.Lekler: “Red Bull güclüdür”

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Red Bull sürətli olduğu üçün poul qazana bilməyib.

F-1.az xatırladır ki, monakolu sürücü Rodriqes Qardaşları trasındakı sıralanma turunda ikinci olub. Son cəhdində səhv edən gənc sürücü nəticəsini yaxşılaşdıra bilməyib.

Şarl Lekler
: “Birinci cəhdimdə yaxşı idim, ancaq ikinci cəhddə bolidi daha balanslı etdik. Buna görə də ilk sektorda sürətli olsam da, son sektor çətin idi və orada bolidin arxa tərəfini itirdim. Lakin Red Bull da sürətli idi və sabah bizi uzun yarış gözləyir. Start vacibdir, ancaq düzlüklərdə güclüyük. Ümid edirəm ki, bu üstünlükdən faydalanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*