Meksika-2018: Mətbuat konfranslarının cədvəli

Meksika Qran Prisi günlərində FİA-nın rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı konfrans otağına dörd sürücü – Pyer Qasli (Toro Rosso), Serxio Peres (Racing Point), Kimi Rəykkönen (Ferrari), Karlos Sayns (Renault) və Maks Ferstappen (Red Bull) dəvət olunub.

Cümə günü isə iki sərbəst yürüş sessiyası arasında fasilə zamanı komanda rəsmiləri: Günter Ştayner (Haas), Otmar Safnauer (Racing Point), Frants Tost (Toro Rosso) və Frederik Vassyör (Sauber) jurnalistlərin suallarını cavablandıracaqlar.

F-1.az xatırladır ki, şənbə və bazar günləri konfrans otağında sıralanma turu və yarışın ilk üçlüyü yer alır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*