Komanda R.Qrojandan Kimini ləngitməməyi xahiş edib (video)

Bəhreyndə Kimi Rəykkönen yarışa liderlik edən Sebastyan Fettellə aradakı fərqi azaldarkən komanda yoldaşının arxasına düşmüşdü. Roman Qrojan həmin hissədə işlənmiş […]

Bəhreyndə Kimi Rəykkönen yarışa liderlik edən Sebastyan Fettellə aradakı fərqi azaldarkən komanda yoldaşının arxasına düşmüşdü. Roman Qrojan həmin hissədə işlənmiş Medium dəstində idi, Rəykkönen isə yeni Soft dəstindən istifadə edirdi və sürət üstünlüyünə malik idi, amma fransalı sürücünün arxasında bir neçə saniyə itirməli oldu.

Yarışın finişindən sonra bu vəziyyəti şərh edərkən komandanın sürücüləri və rəhbərliyi bildirmişdi ki, onlar komanda taktikasından istifadə etmək istəməyiblər, amma dünya çempionatının rəsmi saytında yarışın maraqlı anlarını əks etdirən videoçarxda Romanın yarış mühəndisinin Kiminin sürətli olmasını və komanda yoldaşını ləngitməməsini xahiş etməsi aşkar eşidilir. Bu həftə Qrojan yenidən vəziyyətə münasibət bildirib…

Roman Qrojan: “Məncə, əgər mən “qapını Kiminin üzünə bağlasaydım”, əgər biz mübarizəyə başlasaydıq, mən ön antiqanadımı sındıra bilərdim. Mən həmin vəziyyətdə belə bir səhvə yol vermək istəmədim, çünki bizim hər ikimiz rahat podiuma gedirdik, ona görə də həmin an mən hücum etmədim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*