18 İyun 2019, Çərşənbə axşamı - 20:59

Məhkəmə Renault-nun iddiasını təmin edib

Məhkəmə Renault-nun iddiasını təmin edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:27 - 17 Avqust, 2009

Apelyasiya Məhkəməsi Renault-nun iddiasını təmin edib və cəriməni dəyişib – komanda Valensiyada starta çıxacaq, amma 50 min dollar cərimə ödəyəcək. […]

Apelyasiya Məhkəməsi Renault-nun iddiasını təmin edib və cəriməni dəyişib – komanda Valensiyada starta çıxacaq, amma 50 min dollar cərimə ödəyəcək. Məhkəmənin qərarı əvvəldən söylənildiyi kimi sabah deyil, bu gün axşam elan olunub…

FİA-nın Apelyasiya Məhkəməsinin qərarı:

Renault komandası məhkəmədə idman reqlamentini pozmasını etiraf edib – 7 nömərli maşının təhlükəsizlik qaydalarına əməl olunmaması sayəsində pit-stopdan təhlükəli çıxış alınıb. Amma komanda stüardların qərarı ilə razılaşmayıb. Tərəflərin arqumentlərinə qulaq asdıqdan sonra məhkəmə aşağıdakıları qərara alıb:

1. İddianı təmin etmək – stüardların cəriməsi ləğv olunur.

2. Komandaya xəbərdarlıq etmək və 50 min dollar cərimə təyin etmək.

Bu qərarın qəbul olunma səbəbləri yaxın günlərdə elan olunacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 217
Teqlər
Paylaş

logo