S.Fettel: “Batton poulu əlimdən aldı”

Red Bull komandası bir daha sübut edib ki, məhz onlar sıralanm turlarında Brawn GP-nın əsas rəqibləridir. Baxmayaraq ki, bu gün […]

Red Bull komandası bir daha sübut edib ki, məhz onlar sıralanm turlarında Brawn GP-nın əsas rəqibləridir. Baxmayaraq ki, bu gün poulu Censon Batton qazanıb, amma Sebastyan Fettel sıralanma turundan ümumən razı qalıb…

Sebastyan Fettel: “Bu gün maşının davranışından çox xoşum gəldi. Son sessiyada əla nəticə göstərdim, amma təəssüf ki, bu kifayət etmədi – son anda Censon Batton poulu əlimdən aldı. Amma ilk start cərgəsi də pis deyil, xüsusilə də maşınla dünənki problemlərimizi nəzərə alsaq. Səhər sərbəst yürüşlərdə biz sazlanmalara müəyyən düzəlişlər etdik və bu səmərəsini verdi, ona görə də mən razıyam.

Sıralanma turunun ilk sessiyasında mən bərk təkərlərlə bir dövrə vurdum, ikinci sessiyada isə yumşaq təkərlərlə bir dövrə kifayət etdi. Bütün komandaya təşəkkür edirəm, hamı ürəkdən işləyib, bəzi detallar İspaniyaya gec gəlmişdi, ona görə də mexaniklərimiz gecələr də işləyiblər, amma bu gecə dincələ bilərlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*