K.Horner: “Uebber heç vaxt olmadığı kimi güclüdür”

Keçən il Mark Uebber bir neçə dəfə karyerasını başa vurmağa işarə etmişdi, indi isə ekspertlər hesab edirlər ki, onun yerini […]

Keçən il Mark Uebber bir neçə dəfə karyerasını başa vurmağa işarə etmişdi, indi isə ekspertlər hesab edirlər ki, onun yerini digər avstraliyalı sürücü, Red Bull-un gənc sürücülər proqramının iştirakçısı Daniel Rikkardo tuta bilər, amma Reuters agentliyinə müsahibəsində komandanın başçısı Kristian Horner Uebberin karyerasını davam etdirməsindən danışıb…

Kristian Horner: “Mark qarşıdakı mövsümə Fprmula1-də sonuncu mövsümü kimi yanaşmır. Biz razılaşmışıq ki, hər dəfə müqaviləni bir il uzadacayıq, çünki hər dəfə onun sürətini və motivasiyasını görmək bizə vacibdir, amma hələlik heç bir problem yoxdur – o heç vaxt olmadığı kimi güclüdür. Biz mövsümün gedişini izləyəcəyik və yayın ikinci yarısından sonra gələn mövsüm üçün müqaviləni müzakirə etməyə başlayacayıq. Əgər Mark keçən il olduğu kimi çıxış edərsə, niyə biz onun müqaviləsini uzatmayaq?

Mark – çox ciddi rəqibdir, mən düşünürəm ki, o keçən mövsüm aldığı dərslərdən yararlanacaq və daha güclü olacaq, yarışlara daha qətiyyətlə və diqqətlə yanaçacaq. Biz həqiətən sürücülərə bərabər yanaşırıq, əgər bu belə olmasa idi, Uebber komandanı çoxdan tərk edərdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*