F-1.az xatırladır ki, ispaniyalı sürücü növbəti mövsümdə Ferrari-də yarışacaq və Şarl Leklerlə komanda yoldaşı olacaq.
Karlos Sayns: “Həmişə ən güclü sürücülərlə komanda yoldaşı olmaq istəmişəm. 10 yaşımdan bəri ən güclü sürücülərin sirrlərini, telemetriya məlumatlarını anlamaq istəmişəm. Onları daha yaxından görmək istəyərəm. Belə olan halda özümü təkmilləşdirə bilərəm. Demirəm ki, onlardan sürətli olaram. Sadəcə onların sürətinin səbəbini anlamaq istəyirəm”.