K.Sayns Toro Rosso-nun bazasına baş çəkib

F-1.az bildirir ki, Karlos Sayns cümə axşamı komandanın Fayentsa şəhərində yerləşən bazasına baş çəkib və axşam gün ərzində etdikləri barədə danışıb.

Karlos Sayns: “Fayentsadan hamıya salamlar. Mənim bütün günüm burada keçib. Mühəndislərimlə ünsiyyətdə olmuşam, maşının oturacağını yoxlamışıq. Frants Tost ilə nahar etmişik. Səbrsizliklə yeni mövsümün başlamasını gözləyirəm. Komanda azarkeşlər üçün maraqlı bir şey hazırlayıb. Yaxın günlərdə bizi sosial şəbəkələrdə diqqətlə izləyin. Çox maraqlı olacaq. Görüşərik!”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*