Toro Rosso Ferrari-nin yeni mühərriklərindən istifadə etməyəcək

Son iki mövsümdə Renault mühərrikləri ilə çıxış edən komanda gələn mövsüm yenidən Ferrari ilə işləyəcək.

F-1.az xatırladır ki, Ferrari Toro Rosso-ya razılığa əsasən gələn mövsüm üçün 2015-ci ilin mühərriklərini verəcək.

Amma son günlərdə İtaliya mətbuatında çıxan xəbərlərdə Ferrari-nin sözügedən komandaya yeni mühərrikləri verə biləcəyi qeyd edilirdi.

Bu məlumat hər iki komanda tərəfindən təkzib edilib.

Toro Rosso-nun rəhbəri Frants Tost məsələyə münasibət bildirib: “Bu xəbərlər həqiqətə uyğun deyil. Amma bizi narahat etmir”.

Ferrari komandasının mətbuat katibi Alberto Antonini isə belə bir söhbəti, ümumiyyətlə, eşitmədiyini deyib.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*