K.Rəykkönen: Fürsətləri dəyərləndirməliyik

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen Türkiyədə bütün fürsətlərdən istifadə edəcək.

 

F-1.az xatırladır ki, finlandiyalı sürücü 2005-ci ildə Türkiyədə qalib gəlib.

Kimi Rəykkönen: “Rusiyada hava şəraitindən istifadə edib, 8-ci olduq. Bu nəticə bizim performansımızdan xəbər vermir. Sadəcə doğru anda doğru qərarlar verdik.

Türkiyədə bizi maraqlı yarış gözləyir. Keçənilki yarış həyəcanlı keçmişdi. Bu il də eynisi təkrarlana bilər. Buna görə də diqqətli olub, xallar qazanmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*