Alfa Romeo sürücü heyətini sentybrda açıqlayacaq

Alfa Romeo komandasının rəhbəri Frederik Vassyör bildirib ki, yeni sürücü heyətini sentyabr ayında açıqlayacaq.

F-1.az xatırladır ki, komandanın hər iki sürücü ilə də müqaviləsi ilin sonunda bitəcək. Belə görünür ki, İtaliya komandası gələn il yepyeni sürücü heyəti ilə yarışmaq istəyir. Kimi Rəykkönenin idmandan gedəcəyi iddia edilir. Antonio Covinatsinin yeri isə təhlükədədir.

Hazırda komanda üçün çox namizəd var. Bunlar arasında Valtteri Bottas, Kalyum Aylot və Robert Şvartsman ön plana çıxırlar. Alfa Romeo artıq sürücü seçimində tam sərbsətdir və artıq onların sürücü heyətinə Ferrari qərar vermir.

Frederik Vassyör: “Bir neçə sürücü bizim komandada yarışmaq istəyir və bu, gözəl haldır. Qərarı təkcə mən yox, bütün şirət verəcək. 2022-ci il heyətimizə sentyabrda qərar verəcəyik.

Valtteri Bottas dediqodularını mən yox, siz çıxarırsınız. Rəsmi açıqlama üçün sentyabrı gözləməlisiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*