Ş.Lekler: Özümüzü itirməməliyik

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, hər şey yaxşı görünsə də, ciddiyəti əldən verməyəcək.

F-1.az xatırladır ki, monakolu sürücü Türkiyədəki cümə sərbəst yürüşlərində ikinci olub.

Şarl Lekler: “Asfaltla ilişmə daha yaxşı olsa da, keçənilki kimi hiss etdim. Bolid yenə də sürüşür. Amma asfaltla ilişmə artıb və zaman dərəcələri daha da yaxşılaşıb. Buna görə sevinirəm. Arxa tərəf sürüşəndə buna tez uyğunlaşıram və bolidi idarə edə bilirəm. Hələlik hər şey qaydasındadır. Rəqabətədavamlıyıq. Ancaq yarış üçün işləməliyik. Özümüzü itirməməliyik, çünki rəqiblərimiz hələ çox şey edə bilərlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*