K.Kratçlov: Yamaha çox işləyir

Yamaha-nın test pilotu olan Kel Kratçlov bildirib ki, yaponlar bu il çox işləyir.

 

F-1.az xatırladır ki, mövsümöncəsi testlərdə etibarsızlıq problemi yaşayan Yamaha 2022-ci il motosikletindən imtina etmiş və əvəzinə 2021-ci il tərzi motosikletlə yarışmışdı.

Buna görə də Yamaha sürən Morbidelli, Binder, Dovitsiozo və Kratçlov birlikdə 79 xal toplamışdılar. Motosikletə daha yaxşı uyğunlaşan Kuartararo isə 248 xal toplayaraq, mövsümün son yarışına qədər titul uğrunda mübarizə aparmışdı.

Kel Kratçlov: “Yamaha-nı belə çox işləyən görməmişdim. Hamı çox işləyir. Keçən il testlərdə də əla işləyirdilər. Honda-da işləyəndə həm test edərdim, həm də yarışardım. Günə 100 dövrə vururdum”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*