K.Horner sürücülərindən razıdır

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, onlar artıq Mercedes-ə çox yaxındırlar.

F-1.az xatırladır ki, Rikkardo Sinqapurda, Ferstappen isə Yaponiyada iki Mercedes sürücüsünün arasına girmişdi. Red Bull sürücüləri sonuncu Meksika yarışını isə 3-cü və 4-cü yerdə bitirmişdilər.

Kristian Horner hər şeyin istədikləri kimi getdiyini deyib: “Son iki yarışa böyük inamla gedirik. Komandanın Mercedes-ə yaxınlaşdığını görmək bizi sevindirir. Maks yarışın böyük hissəsində Rosberqi yaxından izlədi və bu bizim gücümüzü göstərir.

Gələn ildən qaydalar dəyişir və biz fərqli şeylər görəcəyik. Mercedes-in bu 3 ildəki hegemonluğuna son vermək üçün əlimizdən gələni edirik”.

Horner Meksika yarışından sonra 3-cü yeri təmin edən Rikkardo barədə də xoş sözlər deyib: “Danielə görə sevincliyəm. Gözəl bir mövsüm keçirtdi və buna layiq idi. Rikkardo və Ferstappendən razıyıq. İkisi də bir-birinin inkişafına kömək edir və yarışlarda daha yaxşı nəticələr qazanırlar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*