K.Horner Mercedes-i ciddiyə almır

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Mercedes-in mühərrik problemlərini ciddiyə almırlar.

F-1.az xatırladır ki, 6 günük qış testlərində həm Mercedes, həm də Williams 3 dəfə mühərrik dəyişdirməli olublar.

Kristian Horner: “Mercedes son altı ilin Dünya Çempionudur və hələ də əsas favoritdir. Buradakı performansları da güclü idi. Problem yaşayırlar, amma problemlə yarışda yox, elə testlərdə üzləşmək lazımdır. Qış testləri bəzən səhv təssüratlar yarada bilər. Bu il də eyni komandaların ön tərəfdə mübarizə aparmağını gözləyirəm.

Ferrari isə əlini göstərmədi. Onları ciddiyə almamaq axmaqlıq olar. Məncə, bizim də güclü komandamız var. Artıq güclü mühərriyə sahibik. Honda ilə münasibətimiz daha da yaxşılaşıb. Buna görə də poul və qələbələr qazandıq. İndi isə onlarla ikinci mövsümümüzü keçirəcəyik. Mühərrik şassiyə daha yaxşı inteqrasiya olunub və gözləntilərimiz yüksəkdir. Bu il çümpion ola bilərik. Mövsümöncəsi testlər əla keçdi. Çoxlu yol qət edib bolidi təkmilləşdirdik. Vəziyyətimizdən razıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*