15 Oktyabr 2019, Çərşənbə axşamı - 12:58

J.Todt: “Qətər Formula1 yarışlarını qəbul edə bilər”

J.Todt: “Qətər Formula1 yarışlarını qəbul edə bilər”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:33 - 09 Mart, 2010

Qətərin Losail avtodromunda Moto GP və GP2Asia seriyalarının gecə yarışları artıq keçirilib, düzdür, bu yarışlar Sinqapur Qran Prisi kimi effektiv […]

Qətərin Losail avtodromunda Moto GP və GP2Asia seriyalarının gecə yarışları artıq keçirilib, düzdür, bu yarışlar Sinqapur Qran Prisi kimi effektiv alınmayıb – burada gözoxşayan arxitektura yoxdur, amma yaxın illərdə tras Formula1 təqvimində debüt edə bilər – təşkilatçıları FİA da təsdtəkləyib.

Bəhreyn Qran Prisindən sonra federasiyanın texniki nümayəndəsi Çarli Uaytinq Qətərə səfər edəcək, bu gün isə federasiyanın prezidenti Jan Todt belə bir yarışın mümkünlüyündən danışıb – Todt Cənub-Qərbi Asiyanın milli federasiya başçıları ilə danışıqlar aparırmış…

Jan Todt: “Qətər Formula1 yarışlarını keçirə bilər, sadəcə maliyyə məsələlərini həll etmək lazımdır. Təqvimdə artıq Yaxın Şərqdə iki yarış var və Qətər yarışı əla olardı.”

Rəsmi mətbuat konfransında Qətərin federasiya başçısı Nasir ibn xəlifə əl-Atiyya jurnalistlərə bildirib: “Bizim gələcək planlarımız Formula1-lə bağlıdır. Bütün məsələlər yoluna qoyulduqdan sonra federasiyanın nümayəndələri trası təftiş edəcəklər və bundan sonra Formula1 yarışalrı keçirmək üçün lisenziya verəcəklər. Yalnız bundan sonra dünya çempionatın təqviminə düşmək olar.”

Testlər üçün lisenziya yarış lisenziyasından heç fərqlənmir – yalnız təhlükəsizlik standartlarına müvafiqlik dərəcəsinə görə. Yarış lisenziyasına əsasən tras təqvimin likin versiyasına daxil edilir və təkcə FİA ilə deyil, həm də digər tərəflərlə – FOM və Allsport-la razılaşdırılır: lazımi sayda televiziya kameralarının yerləşdirilməsini təmin etmək, parkovka zonasını və nəqliyyat şəbəkəsini təşkil etmək, Paddock Club-u yerləşdirmək və s.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 322
Teqlər
Paylaş

logo