J.Todt motor istehsalçıları ilə görüşəcək

Yeni 1.6 litrlik turbo motorlardan istifadə olunmasını nəzərdə tutan reqlamentə keçid barədə rəylər yekdil deyil və FİA 2013-cü ildən tətbiq […]

Yeni 1.6 litrlik turbo motorlardan istifadə olunmasını nəzərdə tutan reqlamentə keçid barədə rəylər yekdil deyil və FİA 2013-cü ildən tətbiq olunacaq dəyişiklikləri bir müddət təxirə sala bilər, hərçənd, Renault şirkətinin nümayəndələri bildiriblər ki, yeni reqlamentə keçid üzündən Formula1-i tərk edə bilərlər.

Digər motor istehsalşıları – Ferrari, CosworthMercedes-Benz isə yeni reqlamentə keçidi bir müddət təxrirə salamq istəyirlər, çünki keçid ciddi məsrəf artımı və rəqabətədavamlılığın itirilməsi riski ilə müşaiyət olunur. Yaxın günlərdə FİA-nın prezidenti Jan Todt istehsalçılarla görüşəcək və lazım olarsa, federasiyanın planlarına düzəlişlər edəcək…

Jan Todt: “Bu fikir öz-özünə yaranmayıb, reqlamenti müzakirə edərkən biz 11 dəfə bütün istehsalçıların nümayəndələri ilə görüşmüşük. Renault deyir ki, 2013-cü ildə yeni reqlament tətbiq olunarsa, onlar çempionatı tərk edəcəklər. MercedesFerrari isə bir neçə il gözləməyi xahiş edirlər. Onlar yeni qaydaların əleyhinə deyillər, sadəcə gözləmək istəyirlər, ona görə də yaxın günlərdə mən bir neçə görüş keçirməliyəm ki, vəziyyəti qiymətləndirim.

Reqlamentdə dəyişikliklər 2013-cü ilə nəzərdə tutulub, amma əgər biz bunu təxirə salmaq üçün ciddi əsas görsək, yeniliklərin tətbiqi təxirə salına bilər, hərçənd, hələlik biz likin mövqedəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*