Honda Bakıya yeni mühərrik gətirir

Honda mövsümün 4-cü yarışına (Azərbaycan Qran Prisinə) yeni mühərriklər gətirə bilər.

F-1.az xatırladır ki, reqlamentə əsasən, bir mövsümdə sürücü yalnız 3 güc qurğusundan istifadə edə bilər. Lakin Honda bu ili 3 motorla bitirəcəyini düşünmədiyi üçün Bakıya yeniliklərlə gələ bilər. Bəzi iddialara görə, yaponlar bu yenilik hesabına 20 at qüvvəsi güclənəcəklər. Bu, hər dövrəyə 0.2-0.3 saniyə edir.

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bu xəbəri təsdiqləsə də, bildirib ki, dəyişiklik Monakoda planlaşdırılır: “Honda bizə yaxşı xəbər verdi. Bakıda 20 at qüvvvəsi daha artıq gücümüz olacaq”

Kristian Horner isə bildirib ki, inkişaf etməlidirlər: “Honda düzlüklərdə inkişaf edir. Hazırda önümüzdəki maşınlarla müqayisədə inkişafa ehtiyacımız var. Hazırda yarış tempimiz yoxdur. Amma mövsüm uzundur. Yeniliklər hesabına qələbə uğrunda mübarizə apara bilərik. Bakıda bəzi yeniliklər olacaq, amma daha sonra böyük addımlar atılacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*