18 Avqust 2019, Bazar - 15:59

Xeresdə testlərin son günü başlayıb…

Xeresdə testlərin son günü başlayıb…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:11 - 08 Fevral, 2013

Bu gün Xeresdə mövsümöncəsi testlərin ilk sessiyasının son günü başlayıb. İspaniya avtodromu üzərində səma açıqdır, amma hava hələlik soyuqdur, termometrlər […]

Bu gün Xeresdə mövsümöncəsi testlərin ilk sessiyasının son günü başlayıb. İspaniya avtodromu üzərində səma açıqdır, amma hava hələlik soyuqdur, termometrlər cəmi +3 dərəcə istilik göstərirlər.

Bir azdan uzun müddət McLaren komandasının test sürücüsü olmuş Pedro de la Rosa birinci dəfə Ferrari komandasının maşınını trasa çıxaracaq. Bundan başqa Force İndia komandasında vakant yerə əsas namizədlərdən biri olan Jül Byankinin çıxışını hammı diqqətlə gözləyir.

Tribunalara toplaşan azarkeşlər trasda bu gün Sebastyan Fetteli (Red Bull), Pedro de la Rosanı (Ferrari), Serxio Peresi (McLaren), Kimi Rəykköneni (Lotus), Lyuis Həmiltonu (Mercedes AMG), Esteban Qutyerresi (Sauber), Jül Byankini (Force İndia), Valtteri Bottası (Williams), Jan Erik Verni (Toro Rosso), Şarl Piki (Caterham) və Luis Razianı (Marussia) görəcəklər…


Xeresdə testlərin son günü başlayıb

Xeresdə testlərin son günü başlayıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:09 - 14 Fevral, 2011

İspaniyanın Xeres trasında mövsümöncəsi testlərin ikinci seriyasının son günü başlayıb. Səhər tezdən göy üzünü buludlar örtüb – sinoptiklər axşama yağış […]

İspaniyanın Xeres trasında mövsümöncəsi testlərin ikinci seriyasının son günü başlayıb. Səhər tezdən göy üzünü buludlar örtüb – sinoptiklər axşama yağış vəd ediblər.

Hərçənd, havanın soyuq olması yerli azarkeşləri qorxutmayıb – onlar yenə də Fernando Alonsoya tamaşa etmək üçün tribunaları doldurublar. İkiqat dünya çempionu isə F150th İtalia-nın sazlanmaları üzərində işini davam etdirir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 284
Teqlər ,
Paylaş

logo