25 Avqust 2019, Bazar - 06:39

G.Berger: “Verlyayn Bottasdan yaxşı seçimdir”

G.Berger: “Verlyayn Bottasdan yaxşı seçimdir”

Müəllif: Rauf Hacıyev, redaktor

19:11 - 13 Yanvar, 2017

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, Valtteri Bottas Williams-dakı komanda yoldaşı Massadan üstün olmayıb və buna görə də Paskal Verlyayn Mercedes-də yarışmağa daha çox layiqdir.

F-1.az xatırladır ki, Mercedes komandası Rosberqin təqaüdə çıxmasından sonra yeni sürücü axtarışına başlayıb. Almanlar artıq axtarışın sona yaxınlaşıblar. Bottas Rosberqi əvəz etmək üçün ən real namizəddir.

Amma Berger düşünür ki, Mercedes-in yetirməsi olan Verlyayn bu yer üçün ən ideal namizəddir: “Mən olsam, gənc sürücü proqramını ön plana çıxarmaq üçün Verlyaynı transfer edərdim. Verlyayn bu proqramda həmişə xoş təəssürat qoyub. Ən yaxşı bolidin sükanı arxasında onun nə qədər güclü olduğunu görəcəksiniz.

Bottasla müqayisədə Verlyayn əsl riskdir. Buna görə də ən ağıllı seçim əvvəlcə ağla gələn seçim olmamalıdır. Bottasa hörmət edirəm. Çox sürətlidir və yaxşı komanda oyunçusudur və yaxşı insandır. Özünü sübut etmək üçün əlinə yaxşı fürsət keçib. Digər tərəfdən isə Massa ilə rəqabətdə elə də üstün deyildi. Buna görə də ona ən yaxşı seçim deyə bilmirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 972
Teqlər , , , ,
Paylaş

logo