J.Todt Bəhreyndəki vəziyyətlə əlaqədar məktub alıb

Komandaların nümayəndələrinin Formula1 rəhbərliyi ilə Bəhreyn yarışının keçirilməsi üzrə görüşü ərəfəsində FİA-nın prezidenti Jan Todt Britaniyanın Anti-terror komitəsinin keçmiş başçısı […]

Komandaların nümayəndələrinin Formula1 rəhbərliyi ilə Bəhreyn yarışının keçirilməsi üzrə görüşü ərəfəsində FİA-nın prezidenti Jan Todt Britaniyanın Anti-terror komitəsinin keçmiş başçısı Con Yeytdən Krallıqdakı vəziyyətin pozitiv təhlili ilə məktub alıb.

Məktubda deyilir: “Mən Formula1 çempionatının iştirakçılarının Bəhreyn mərhələsinin keçirilməsi üzrə narahatçılıqlarından xəbərdaram. Mən bu gün Radio BBC 4-ə də qulaq asmışam, mətbuata da nəzər salmışam, amma qeyd edim ki, nə radioda, nə də mətbuatda Bəhreynin real həyatı əks olunmayıb və ölkədə gedən ciddi dəyişiklik səyləri lazımnca işıqlandırılmayıb.

Adətən sürücülər, komandalar, sponsorlar, mətbuat və Formula1 azarkeşləri təhrif olunmuş məlumatı alırlar, bəzən bu məlumatlar qəsdən yalan ötürülür, xüsusən də sosial şəbəkələrdə.

Düzdür, müəyyən problemlər həqiqətən var, bəzi yaşayış məntəqələrində gecələr gülləs səsləri eşidilir, amma bəzi insidentlərin Youtube-da dərc olunmasına görə böyük diqqət cəlb etməsinə baxmayaraq, onların mahiyyətini şişirtmək lazım deyil.

İcazəli mitinq keçirmək üçün müxalifətə xüsusi yer ayrılıb, amma 20-30yaşlı bəzi gənc qruplaşmalar aqresiv kökləniblər, onlar polislərə hücum edirlər. Polislər özlərini sakit aparırlar, fitnələrə uymurlar. Adi vətəndaşlar da sakitdirlər. Mən öz ailəmlə Burda özümü Londonda olduğunundan təhlükəsiz hiss edirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*