15 Dekabr 2018, Şənbə - 00:03

S.Fettel: “Lyuis bu qələbəyə layiqdir”

S.Fettel: “Lyuis bu qələbəyə layiqdir”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

01:41 - 29 Oktyabr, 2018

Meksikada finiş xəttini ikinci keçən Sebastyan Fettel maşından düşən kimi yeni beşqat dünya çempionunu təbrik edib.

F-1.az xatırladır ki, Lyuis Həmiltona 5-ci titulunu rəsmiləşdirməsi üçün bugünkü yarışı 7-ci yerdən yuxarıda başa vurmaslı yetərli idi və britaniyalı sürücü 4-cü olmaqla, bu vəzifənin öhdəsindən artıqlaması ilə gəlib…

Sebastyan Fettel: “Əlbəttə, asan yarış olmadı. Finişdə də məyus oldum, amma Lyuis bu qələbəyə layiqdir – onu və komandasını təbrik edirəm. Lyuis bütün mövsümboyu əla çıxış etdi – biz bu faktı etiraf etməliyik. Əlbəttə, istəyirdik ki, mövsümün sonuna qədər mübarizə davam etsin, amma alınmadı.

Sözün düzünü deyim ki, bilmirəm hansı anda titulu əldən verdik. Amma indi icazə verin gedim və çempionu şəxsən təbrik edim…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 247
Teqlər ,
Paylaş

logo