12 Dekabr 2019, Cümə axşamı - 13:09

J.D’Ambrozio Virgin-in sürücüsüdür!

J.D’Ambrozio Virgin-in sürücüsüdür!

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:03 - 28 Dekabr, 2010

Milad bayramı ərəfəsində Marussia Virgin Racing komandası ikinci sürücüsünün adını açıqlayıb. Gələn il belçikalı Jerom D’Ambrozio Timo Qloka komanda yoldaşlığı […]

Milad bayramı ərəfəsində Marussia Virgin Racing komandası ikinci sürücüsünün adını açıqlayıb. Gələn il belçikalı Jerom D’Ambrozio Timo Qloka komanda yoldaşlığı edəcək…

Jerom Jerar Lopes və Erik Bulyenin Gravity Sport Management gənclər proqramının iştirakçısıdır. Hələ oktyabrın sonunda Bulye bildirmişdi ki, D’Ambrozionun Virgin-lə müqaviləsi 95% bağlanmaq üzrədir, bu gün isə bütün sənədlərə imza atılıb. Dekabrın 27-də Jeromun 25 yaşı tamam olacaq və bu müqavilə Milad bayramı ilə yanaşı onun ad gününə də gözəl hədiyyədir.

Jerom D’Ambrozio: “Mən şadam ki, qarşıma qoyduğum məqsədimə çatmışam – mən artıq Marussia Virgin Racing komandası ilə müqavilə imzalamışam. Sentyabr ayında mən komanda ilə tanış oldum və cümə sərbəst yürüşlərində komanda ilə işlədim. Elə o vaxt məndə ümid yarandı – vakansiya uğrunda mübarizə gərgin idi, amma tezliklə hər şey mənim xeyrimə həll olundu.

Mən komandada özümü rahat hiss edirəm, burda hamı peşəkar və səmimidir. Mən şadam ki, gələcək komandanın formalaşmasında iştirak edəcəm.”

Con But: “Biz Jeromun karyerasını çoxdan izləyirdik və onu komandaya namizəd kimi ciddi qiymətləndirirdik. Biz GP2-də onun çıxışlarını diqqətlə izləyirdik, amma arxada qalan mövsümün dörd Qran Prisində cümə sərbəst yürüşlərində və Abu Dabidə testlərdə bizim maşının sükanı araxsında gözlədiyimizdən də yaxşı nəticələr göstərdi.

D’Ambrozio bu vakansiyanı tutmağa layiqdir və mən hesab edirəm ki, Timo Qlokla birlikdə komanda gəncliyin və təcrübənin, potensialın və sürətin perspektivli ittifaqını əldə edib. Biz yeni mövsümü səbirsizliklə gözləyirik və sürücülərimizin yaxşı çıxışına ümid edirik.

Timo debüt mövsümündə öz işinin öhdəsindən əla gəldi, komandanın və maşının inkişafında əlindən gələni əsirgəmədi. İndi biz irəliyə doğru böyük addım atmağa ümid edirik ki, gələn il ona layiqli maşın verək.

Bundan başqa mən Lukas di Qrassiyə təşəkkür etmək istəyirəm. Biz ona gələcək karyerasında uğurlar arzulayırıq, əminik onu böyük uğur gözləyir.”

Timo Qlok: “Mən Jeromu yeni müqavilə imzalaması münasibətilə təbrik edirəm və ümid edirəm ki, gələn il biz məhsuldar əməkdaşlıq edəcəyik. Çətin, amma faydalı mövsümdən sonra bizi ciddi iş gözləyir ki, gələn il Marussia Virgin Racing layiqli səviyyəyə qalxsın. Mən fevral testlərini səbirsizliklə gözləyirəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 387
Teqlər
Paylaş

logo