İtaliya Qran Prisi: Maşınların çəkisi

FİA İtaliya Qran Prisinin sıralanma turundan sonra maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasına […]

FİA İtaliya Qran Prisinin sıralanma turundan sonra maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasına ən az yanacaqla gözlənildiyi kimi poulun sahibi Lyuis Həmilton (McLaren) çıxıbmış – britaniyalı sürücü aqresiv strategiya seçib və trasda qısa birinci hissə keçirəcək, peletondan pit-stopa ilk müraciət edən o olacaq. Brawn GP-nin sürücüsü Rubens Barrikello ilk onluqda ən ağır maşınla olub və yanacaq doldurmağa sonuncu yollanacaq – əlbəttə, komandaların taktikasına hava şəraiti və Təhlükəsizlik Maşını müdaxilə edə bilər.

Ümumiyyətlə, deyəsən, ilk üçlükdən başqa bütün sürücülər bir pit-stoplu strategiya seçiblər. Startda ən ağır maşın isə Toyota sürücüsü Timo Qolkda olacaq…

Maşınların yanacaqla dolu çəkiləri, kq-la (ehtimal olunan ilk pit-stop dövrəsi):
1. L.Həmilton (McLaren) – 653.5 (17)
2. A.Sutil (Force İndia) – 655.0 (18)
3. K.Rəykkönen (Ferrari) – 662.0 (21)
4. H.Kovalaynen (McLaren) – 683.0 (29)
5. R.Barrikello (Brawn GP) – 688.5 (32)
6. C.Batton (Brawn GP) – 687.0 (31)
7. V.Liutsi (Force İndia) – 679.5 (28)
8. F.Alonso (Renault) – 677.5 (27)
9. S.Fettel (Red Bull) – 682.0 (29)
10. M.Uebber (Red Bull) – 683.0 (29)
11. Y.Trulli (Toyota) – 703.0 (37)
12. R.Qrojan (Renault) – 699.8 (36)
13. R.Kubitsa (BMW Sauber) – 697.5 (35)
14. C.Fizikella (Ferrari) – 690.0 (32)
15. N.Haydfeld (BMW Sauber) – 697.5 (35)
16. T.Qlok (Toyota) – 709.8 (40)
17. K.Nakacima (Williams) – 706.2 (39)
18. N.Rosberq (Williams) – 708.6 (40)
19. S.Buemi (Toro Rosso) – 706.0 (39)
20. X.Algersuari (Toro Rosso) – 706.0 (39)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*