İtaliya mətbuatı Ferrari-nin uğursuzluğu barədə

İtaliya mətbuatının Ferrari-nin Melburnda olduqca uğursuz çıxışına münasibəti məyusedici olub. Mövsümün ilk yarışında hər iki maşının finiş görməməsi Skuderiyanın başına […]

İtaliya mətbuatının Ferrari-nin Melburnda olduqca uğursuz çıxışına münasibəti məyusedici olub. Mövsümün ilk yarışında hər iki maşının finiş görməməsi Skuderiyanın başına 1992-ci ilin CAR Qran Prisində gəlmişdi, o zaman hər iki qırmızı maşının motoru imtina etmişdi. Düzdür, keçən ilin mövsümü də Ferrari üçün eyni aqibətlə nəticələnmişdi, amma keçən il heç olmasa Kimi Rəykkönen finiş görməsə də 1 xal qazana bilmişdi…

Corriere dello Sport: “Ferrari maşınları həm yavaş, həm də etibarsız oldular. Felipe Massa yarışı mexaniki problem üzündən dayandırdı, Kİmi Rəykkönenin F60-da isə diferensial imtina edib.”

Tuttosport: “Ferrari F60 gözlənildiyindən daha yavaş oldu.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*