İspaniya Qran Prisi: Üçüncü stüard – Tom Kristinsen

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Əfsanəvi “Lə Manın […]

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Əfsanəvi “Lə Manın 24 saatı” marafonunun səkkizqat qalibi Tom Kristinsen FİA tərəfindən İspaniya Qran Prisinə dəvət olunub.

Danimarkalı sürücü əvvəlki illərdə də eyni vəzifəni bir neçə dəfə icra edib. Bu dəfə onunla birlikdə yarışın mübahisəli anlarını Almaniya Avtoİdman Federasiyasının idarə heyətinin üzvü, 2006-cı ildən DTM kuzov çempionatının daimi stüardı Qerd Ennzer və FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının üzvü, Çexiya Avtolubunun başçısı Radovan Novak araşdıracaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*