Çin Qran Prisi baş tutmayacaq?

Gələn mövsüm də builki kimi 24 yox, 23 yarışdan ibarət ola bilər, çünki şayiələrə görə, Çin Qran Prisi yenə ləğv edilmək üzrədir.

F-1.az xatırladır ki, 2004-cü ildən bəri F1-ə ev sahibliyi edən Çində yarış son dəfə 2019-cu ildə baş tutub. Pandemiya başladıqdan sonra isə ölkə yarışı qəbul etməyib. BCC-nin məlumatına görə, gələn ilin təqvimində yerini almış yarış yenə ləğv edilə bilər. Buna səbəb ölkənin koronavirusa qarşı qatı tədbirləridir. Belə ki, ölkəyə gələn hər kəs məcburi şəkildə 5 gün xüsusi mərkəzdə, daha 3 gün də evdə karantin rejimində qalmalıdır.

F1 iştirakçılarına da heç bir istisnanın edilməməsi məsələni çıxılmaz vəziyyətə salır. Əgər yarış təqvimdən çıxarılarsa, Azərbaycan Qran Prisinin bir həftə irəli çəkilməsi məsələsi gündəmə gələ bilər. Əks təqdirdə Melburndakı və Bakıdakı yarışlar arasında 4 həftəlik fasilə yaranacaq. BCC-nin məlumatında ölkəmizin yarışın daha da irəliyə çəkilməsinə müsbət baxmadığı da qeyd edilib…

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*