Rəsmən: Çin Qran Prisi təxirə salınıb

F-1.az bildirir ki, bu barədə FİA və Formula1 birgə bəyanat yayıb.

Bəyanatda bildirilir: “Çin Qran Prisinin təşkilatçıları koronavirus epidemiyasının sürətlə yayılması ilə bağlı Çin Avtomobil və Motosiklet Federasiyası (CAMF) və Şanxay İdman İdarəsi ilə olan görüşlərdən sonra builki yarışın təxirə salınmasını istəyiblər.

FİA və Formula1 birlikdə bu tələbi qəbul edib və 19 apreldə keçirilməsi planlaşdırılan yarışı təxirə salmağa qərar verib. Bu qərarın qəbul edilməsinə səbəb Ümumdünya Səhiyyə Təşkilatının epidemiyanı fövqəladə hal kimi elan etməsi, buna görə də iştirakçıların və azarkeşlərin sağlamlığının qeydinə qalınmasıdır.

FİA, Formula1, CAMF və yerli idarəedici orqanlar vəziyyəti yaxından izləyirlər. Əgər vəziyyət düzələrsə, Çin Qran Prisi üçün alternativ tarixlər dəyərləndiriləcək.

Çin Qran Prisi uzun müddət təqvimin önəmli parçası olub və orada idmanımızın sadiq azarkeşləri var. Hamımız yarışın Şanxaya qayıtmasını səbrsizliklə gözləyirik, bu çətin zamanda oradakı insanlara ən xoş diləklərimizi çatdırırıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*