E.Cordan: “Şumaxerin ən böyük qüsuru…”

Sabiq komanda rəhbəri Eddi Cordan düşünür ki, Lyuis Həmilton artıq əfsanəvi Mixael Şumaxeri qabaqlayıb.

F-1.az xatırladır ki, britaniyalı pilot ABŞ-da 6-cı titulunu rəsmiləşdirib və Şumaxerə çatmaq üçün 1 titul qalıb.

Eddi Cordan: “Hamının öz fikri var, amma məncə, Lyuis artıq Mixaeli qabaqlayıb. Mixael karyerasına mənimlə başladı və aramızda dostluq var. Lakin burada insanların anlaya bilmədiyi bir şey var. O vaxt Barrikello, İrvayn, Fizikella və Alezi kimi sürücülərlə işlədim. Lakin Şumaxerlə müqavilə imzalamaq istəyəndə müəyyən şərtləri var idi. Bu şərtlərə görə komanda yoldaşı onunla mübarizə aparmamalı idi. Lakin Lyuisin müqaviləsində o şərtlər olsaydı, ABŞ-da Bottası keçə bilərdi. Bu da Mixaelin ən böyük qüsuru idi. Yeddi dəfə Dünya Çempionu oldu, ancaq yaxşı komandası və dəstəyi olmasaydı, neçəsini qazana bilərdi? Sadəcə mühəndislərdən danışmıram, komanda yoldaşlarından da danışıram.

Lyuis isə fərqli liqadadır və buna özü nail oldu. Buna görə də fəxr edə bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*