Toskana Qran Prisi: Sıralanma turu

Sıralanma turunu Mucelloda həftəsonunun ən əhəmiyyətli sessiyası hesab etmək olar - dar və kəskin əyləcə ehtiyac duymayan sürətli döngələr real mübarizəyə imkan vermir və poul qələbə üçün böyük addımdır.

F-1.az xatırladır ki, burada baş tutan hər 3 sərbəst yürüşlərdə Valtteri Bottas protokollara başçılıq edib.

Burada əsas problemlərdən biri tıxac olub. Trasın uzun olmaması və dar olması sürücülərə hələ məşqlər zamanı problemlər yaradıb.

Pirelli Silverstoun və Barselonadan sonra üçüncü dəfə məhz bura ən sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Məşqlər Soft-ların tez aşındığını, Hard-ların çox sərt olduğunu və maşınları sürüşdürdüyünü, Medium-ların isə ən yaxşı seçim olduğunu və onlarla xeyli məsafə qət etməyin mümkünlüyünü göstərib. Lakin orta təkərlərlə yumşaq təkərlər arasında vaxt fərqi çox olduğundan, sıralanma turunda Soft təkərlərə üstünlük verilib.

İlk Sessiyada sürücülər ara məsafəsini saxlamaq üçün növbə ilə bokslardan ayrılıblar, lakin yenə də xırda problemlər yaşanıb. Bottas 1:15.749-luq nəticə ilə hamını qabaqlayıb, ikinci cəhdlərdə heç kim onun nəticəsini üstələyə bilməyib. Maqnussen, Latifi, Rassell və Covinatsi ilə yanaşı, keçən yarışın qalibi Qasli mübarizəni dayandırıb.

İkinci sessiyada Həmilton 1:15.309 ilə komanda yoldaşını üstələməyi bacarıb. Stroll boksdan çıxarkən Ferstappenlə toqquşmasına az qalıb – niderlandlı sürücü son anda qəzadan yayına bilib. Kvyat sürətli dövrəsində çınqıllığa çıxıb və son sessiyaya keçə bilməyib. Onunla birlikdə Qrojan, Fettel, Rəykkönen və Norris də ilk onluğa düşə bilməyiblər.

Son sessiyada Həmilton ilk cəhdində möhtəşəm dövrə vuraraq Bottası çox cüzi fərqlə, Ferstappeni isə 0.4 saniyə üstələyib – 1:15.144. Lakin sürücülər ikinci cəhdlərinə başladıqda, Okonun maşını 3-cü döngədə dayandığı üçün ilk sektorda sarı bayraqlar dalğalanıb, Bottas və Həmilton nəticələrini yaxşılaşdıra bilməyiblər.

Beləliklə, Lyuis Həmilton mövsümdə yeddinci, karyerasında 95-ci poulunu əldə edib. Bottas ikinci olub və Mercedes sabahkı yarışa da ilk cərgədən start verəcək. Ferstappen və Elbon ikinci, Lekler və Stroll üçüncü, Peres (startda bir yer itirəcəyi üçün) və Rikkardo isə dördüncü cərgədən start alacaqlar.

Mucelloda keçiriləcək ilk yarış sabah Bakı vaxtı ilə 17:10-da başlayacaq…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 2 1:15.778 5 1 1:15.309 3 1:15.144 6
2 77 Valtteri Botats Mercedes AMG 1 1:15.749 3 2 1:15.322 3 1:15.203 5
3 33 Maks Ferstappen Red Bull 3 1:16.335 3 3 1:15.471 3 1:15.509 6
4 23 Aleksander Elbon Red Bull 4 1:16.527 6 4 1:15.914 3 1:15.954 5
5 16 Şarl Lekler Ferrari 6 1:16.698 6 8 1:16.324 6 1:16.270 6
6 11 Serxio Peres Racing Point 5 1:16.596 7 9 1:16.489 6 1:16.311 3
7 18 Ləns Stroll Racing Point 7 1:16.701 3 6 1:16.271 6 1:16.356 5
8 3 Daniel Rikkardo Renault 11 1:16.981 6 5 1:16.243 3 1:16.543 5
9 55 Karlos Sayns McLaren 12 1:16.993 6 10 1:16.522 6 1:17.870 5
10 31 Esteban Okon Renault 8 1:16.825 6 7 1:16.297 6 2
11 4 Lando Norris McLaren 9 1:16.895 6 11 1:16.640 6
12 26 Daniil Kvyat AlphaTauri 10 1:16.928 6 12 1:16.854 5
13 7 Kimi Rəykkönen Alfa Romeo 13 1:17.059 6 13 1:16.854 6
14 5 Sebastyan Fettel Ferrari 15 1:17.072 6 14 1:16.858 6
15 8 Roman Qrojan Haas 14 1:17.069 6 15 1:17.254 6
16 10 Pyer Qasli AlphaTauri 16 1:17.125 6
17 99 Antonio Covinatsi Alfa Romeo 17 1:17.220 6
18 63 Corc Rassell Williams 18 1:17.232 9
19 6 Nikolas Latifi Williams 19 1:17.320 9
20 20 Kevin Maqnussen Haas 20 1:17.348 6

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*