H.Marko: “Red Bull Toro Rosso sürücülərini izləyir”

Red Bull konserninin idman məsləhətçisi Helmut Marko bildirib ki, əgər Mark Uebber Red Bull-da çıxışlarını başa vurarsa, onun yerini Toro […]

Red Bull konserninin idman məsləhətçisi Helmut Marko bildirib ki, əgər Mark Uebber Red Bull-da çıxışlarını başa vurarsa, onun yerini Toro Rosso sürücülərindən biri tutacaq…

Konsern rəhbərliyi bu yaxınlarda komandanın əasını təşkil edən həlledici əməkdaşlarla müqavilələrini uzadıb, amma Uebberin vəziyyəti naməlum qalıb. Belə başa düşmək olar ki, komanda əmin olmaq istəyir ki, Uebber əməkdaşlığı davam etdirmək arzusundadır.

Toro Rosso-ya gəlincə, komanda Red Bull üçün kadr məktəbini xatırladır, komandanın hər iki sürücüsü isə Fettelin gələn mövsümdə komanda yoldaşı olmağa çalışır, lakin komandada onların özlərinin qalması da sual altındadır: gələn il onlardan birini istedadlı Daniel Rikkardo əvəz edə bilər.

Helmut Marko: “Bu düşünülmüş plandır. Biz üç il əvvəldə eyni addımı atmışdıq – təcrübəli Dəvid Kulthard istefaya getmişdi, onun yerini isə gənc və istedadlı Sebastyan Fettel tutmuşdu. Amma, əlbəttə, bu avtomatik baş verməyəcək. Əgər sürücü bütün peşəkar tələblərə cavab vermirsə, biz onu Red Bull-a gətirməyəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*