J.Todt uzaqdan maşın və sürücüləri tanımaq istəyir

Bu günlərdə FİA-nın prezidenti Jan Todt Avstraliyada işgüzar səfərdədir – səfər yollarda hərəkətin təhlükəsizliyi qlobal kampaniyasının proqramına daxildir. Avstraliya KİV-i […]

Bu günlərdə FİA-nın prezidenti Jan Todt Avstraliyada işgüzar səfərdədir – səfər yollarda hərəkətin təhlükəsizliyi qlobal kampaniyasının proqramına daxildir. Avstraliya KİV-i ilə görüşündə Todt müxtəlif mövzulara toxunub…

Jan Todt: “Uzaqdan hansı maşında hansı sürücünün oturmasını görmək çətin olur. Mən isə uzaqdan həm maşının nömərsini, həm də onu sürəni görmək istəyirəm. NASCAR-da olduğu kimi eləmək lazımdır, yəni sürücü Formula1-də debüt edərkən aldığı ilk nömrə bütün karyerası boyu onda qalsın. Bu zaman sürücüləri nömrəsinə görə tanımaq olacaq, indi isə nə adını görürük, nə də nömrəsini.

Amma etiraf etməliyəm ki, əgər mənim nədənsə xoşum gəlmirsə, bunu dəyişmək mənim səlahiyyətimdə deyil. Komandalar maşının ənənəvi tərtibatını dəyişmək istəmirlər, çünki maşının üzərində sürücünün nömrəsinin böyüdülməsi sponsorların loqotipləri üçün yeri azaldır.

İkinci probelm isə Razılıq Müqaviiləsidir, məhz bu sənəd Berni Ekklstounla, Formula1 komandaları ilə və FİA ilə münasibətləri tənzimləyir. Hər hansı bir islahat eləmək üçün çox ciddi əsas olmaldıır. Demək olar ki, komandaların hamısı yeni təklifi dəstəkləməlidirlər, amma hələlik, təəssüf ki, onları bu məsələ maraqlandırmır, onlar hər şeydən razıdırlar. Amma zaman-zaman vəziyyət dəyişəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*