J.Alezi Qrojana inanır

Formula1-in keçmiş sürücüsü Jan Alezinin fikrincə, Roman Qrojan ikiqat dünya çempionu Fernando Alonso ilə bir komandada çıxışe tməklə çox şey […]

Formula1-in keçmiş sürücüsü Jan Alezinin fikrincə, Roman Qrojan ikiqat dünya çempionu Fernando Alonso ilə bir komandada çıxışe tməklə çox şey öyrənəcək. Bu uik-end Qrojan Renault-nun heyətində Nelsinyo Pikeni əvəz etməklə Formula1-də debüt edəcək. Vaxtilə Alezi milli Equipe de France adlı gənc sürücülərə dəstək proqramına başçılıq edib, proqramı Fransanın Avtoİdman Federasiyası keçirirdi və o zaman Alezi Qrojana karyerasını qurmaqda kömək olub…

Jan Alezi: “Ən yaxşı sürücü ilə, ən yüksək reytinqi olan bir sürücü ilə eyni komandada debüt etmək onun qarşısında maraqlı imkanlar açır. Axı düzünü desəm, heç kim ondan Alonsonu üstələməsini və ya ona yaxın olmasını gözləmir. Bəzən debütant güclü komanda yoldaşı ilə bir komandaya düşür, amma buna qədər o özünü göstərə bilməyib. Belə bir vəziyyətdə əgət debütant tezliklə adlı-sanlı komanda yoldaşına yaxınlaşa bilməsə, dərhal tənqid dalğası başlayır.

Qrojanın cəmi bir mənfi keyfiyyəti var – nikbinliyin çox olması, amma Formula1-də iz buraxmaq üçün bu pis deyil. Bu Qrojana heç də həmişə kömək etmir, amma onun bu xarakteri istedadının digər tərəfidir. O əsil döyüşçüdür və artıq öz enerjisini idarə edə bilir. Formula1-də alacağı təcrübə Qrojana temperamentindən daha effektiv istifadə etmək imkanı verəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*