H.Marko: “2012-ci ilin reqlamenti Red Bull-a qarşı tuşlanıb”

Helmut Marko bildirib ki, 2012-ci ildə texniki reqlamentə edilmiş dəyişikliklər xüsusi olaraq Red Bull komandasının çempionatda dominantlığına qarşı tuşlanıb… Helmut […]

Helmut Marko bildirib ki, 2012-ci ildə texniki reqlamentə edilmiş dəyişikliklər xüsusi olaraq Red Bull komandasının çempionatda dominantlığına qarşı tuşlanıb…

Helmut Marko: “Bizim artıq keçən il malik olduğumuz üstünlüyümüz yoxdur. Buna səbəb isə texniki reqlamentə edilən dəyişikliklərin məhz bizə qarşı tuşlanmasıdır.”

Onun sözlərinə görə, texniki reqlamentin hamı üçün eyni olmasına baxmayaraq, “sorucu diffuzorlar”ın qadağan olunması və ön antiqanadın elastikliyinin yoxlanması testlərinin sərtləşdirilməsi əvvəlcədən Sebastyan Fettelin qələbələr ardıcıllığına son qoymaq məqsədi daşıyırdı.

Helmut Marko: “Hərçənd, bu bizim üçün üzür deyil: bizim maşına hələlik sürət çatışmır. Sebastyan Fettel RB8-in sükanı arxasında əvvəlki inamını hiss eləmir və ona görə də özünə xas olmayan səhvlərə yol verir. Amma Mark Uebberin son yarışda istifadə etdiyi qazburaxma sistemi daha perspektivdir. Biz onun təkmilləşdirilməsini davam edəcəyik.

Ümumən Mark maşının davranışına az həssasdır, Fettel isə tam əksinə.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*