H.Kovalaynen: “Bizim strategiyamız alındı”

McLaren komandası üçün Spa yarışı artıq birinci döngədə korlanıb – start basabasında Lyuis Həmilton ön antiqanadın bir hissəsini itirib, bir […]

McLaren komandası üçün Spa yarışı artıq birinci döngədə korlanıb – start basabasında Lyuis Həmilton ön antiqanadın bir hissəsini itirib, bir qədər sonra isə Les Combes döngəsində trasdan çıxıb və qoruyucu baryerlərə çırpılıb. Hərçənd, Heykki Kovalaynen Qran Prini kifayət qədər inamla keçirib və bir pit-stoplu strategiya sayəsində on beşinci yerdən altıncı yerə qalxa bilib…

Heykki Kovalaynen: “Pis yarış olmadı, maşın əvvəlki iki yarışda olduğu kimi sürətli deildi, amma strategiyamız alındı və mən bəzi rəqiblərimi qabaqlaya bildim. Uokinqdə, Briksuortda və Ştutqartda çalışan əməkdaşlarımıza təşəkkür etmək istəyirəm – mən etibarlı maşın, əla strtaegiya, fantastik motor və keyfiyyətli KERS sayəsində altıncı oldum. Bütün bunlara görə mən doqquz mövqe qazana bildim.

Asfalta yatma qüvvəsinin orta və aşağı səviyyəsi tələb olunan traslarda rəqabətədavamlılıq üzərində bir qədər işləmək lazımdır, Monsa da belə traslardandır, amma burda adətən biz yaxşı çıxış edirik. Sonda demək istəyirəm ki, Kimiyə görə çox şadam: o yarışı əla keçirdi və əvvəldən əmin idi ki, Spada ən güclü olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*