H.Marko: Maksla Karlos arasında toksik münasibət var idi

Red Bull şirklətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Maks Ferstappenlə Karlos Sayns arasındakı münasibət toksik olub.

F-1.az xatırladır ki, iki sürücü də 2015-ci ildə Toro Rosso komandasında birlikdə debüt etmişdilər. Həmin mövsüm Ferstappen 49 xal toplayaraq, Saynsı məğlub etmişdi. Daha sonra niderlandlı sürücü Daniil Kvyatı əvəzləyərək, Red Bull komandasına transfer olunmuşdu. Sayns isə 2017-ci ildə Renault-ya, 2019-cu ildə McLaren-ə 2021-ci ildə isə Ferrari-yə transfer olunmuşdu.

Helmut Marko: “Karlosun bəxti orada gətirmədi ki, komanda yoldaşı Maks idi. Cütlük arasında toksik münasibət var idi. Belə olan halda Karlosu saxlaya bilməzdik və Renault-ya keçdi. Oradan McLaren-ə, daha sonra Ferrari-yə transfer olundu. Şübhə yoxdur ki, Karlos ən yaxşı sürücülərdəndir. Toro Rosso-da Maks ilə demək olar bərabər performans göstərirdi.

Karlos Red Bull-dan gedəndə media bizə qarşı danışırdı. Elə bilirdilər ki, onu gözardı etmişik. İki sürücü də yaxşı idi və aralarında fərq az idi. Lakin təcrübəsi az olmasına baxmayaraq, Maks daha sürətli idi. Buna görə də Red Bull-a onu gətirdik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*