M.Ferstappenin maşınına 750 min avro zərər dəyib

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Maks Ferstappenin bolidində 750 min avroluq zərər var.

F-1.az xatırladır ki, Britaniya yarışının ilk dövrəsində Həmilton rəqibi Maks Ferstappenə təmas etmiş və nəticədə hollandiyalı sürücü bariyerlərə çırpılmışdı. Buna görə də boliddə ciddi zədələr əmələ gəlmişdi.

Bu il büdcə limiti olduğu üçün boliddəki zərəri minimuma endirmək çox vacibdir. Çünki boliddəki bütün detallar bahadır və bir qəza komandalar üçün böyük xərclərə başa gəlir.

Helmut Marko: “Hazırda 750 min avroya qədər zərər var. Amma motora da baxmalıyıq. Növbəti günlərdə bu barədə açıqlama verəcəyik. Lakin büdcə limitinə görə 750 min avro ciddi məbləğdir. Bu hal bizim üçün çox pisdir.

Maks Macarıstanda yarışacaq. Lakin Silverstounda sürdüyü maşında olmayacaq. Çünki o maşın çox zətər görüb”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*