10 Dekabr 2018, Bazar ertəsi - 00:23

H.Marko: “Mən yarışdan ixrac gözləyirdim”.

H.Marko: “Mən yarışdan ixrac gözləyirdim”.

Müəllif: Rauf Hacıyev, redaktor

10:04 - 12 Noyabr, 2018

Red Bull şirkətinin idman direktoru Helmut Marko yarışda yaşanmış Okon-Ferstappen təmasından danışıb və fransalı sürücünü “gələcəyin Mercedes pilotu” adlandırıb.

F-1.az xatırladır ki, 21 yaşlı sürücü Braziliya yarışında lider gedərkən Okon onunla bir dövrəyə qayıtmaq istəyib və nəticədə iki sürücü təmas yaşayıb. Bu təmasdan sonra liderliyini itirən Ferstappen yarışı ikinci yerdə bitirib. Yarışı isə Mercedes komandasının sürücüsü Lyuis Həmilton qazanıb.

Helmut Marko: “2020-ci ildə Mercedes-də yarışacaq bir sürücü liderin üstünə çıxır. İnana bilmirəm. Biri ona “Ferstappen liderdir. Təkərləri təzədir. Ona hücum etmə” deməli idi. Belə axmaq hərəkət 10 saniyəlik cəza ilə nəticələnir. Mən yarışdan ixrac gözləyirdim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 207
Teqlər , ,
Paylaş

logo