Maks Ferstappen cəzalandırılıb

Stüardlar sürücülərin və komandaların nümayəndələrinin izahatlarını dinləyib, telemetriyaya baxıb və müəyyən ediblər ki, bu hadisədə əsasən #33 maşının pilotu günahkardır.

21-ci döngədə #33 bolidin pilotuna mövqeyini #44 bolidə qaytarmaq tapşırılıb. Komanda ona yerdəyişməni “strateji” etməyi tapşırıb. #33 maşın 26-cı döngədə sürətini ciddi şəkildə azaldıb, lakin üçüncü DRS zonasının deteksiya nöqtəsinə qədər sürücülərdən heç biri öndə olmaq istəməyib.

#33 bolidin pilotu #44 bolidin pilotunun onu niyə ötmədiyini bilmədiyini, #44 nömrəli boldin pilotu isə həmin anda mövqenin ona  qayıtmalı olduğunu bilmədiyini və #33 boldin sürətini azaltmasının səbəbini anlamadığını söyləyib.

#33 boldin pilotunu cərimələmək qərarına gəldikdə, stüardlar onun əyləcə çox kəskin basması (69 bar təzyiqlə) faktını rəhbər tutublar.

Məhz buna görə sürücünün yekun nəticəsinə 10 saniyə əlavə olunub və super lisenziyasına 2 cərimə balı yazılıb…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*