H.Marko: Elbon qalacaq

Red Bull şirkətinin idman direktoru Helmut Marko zəif performansına baxmayaraq, Aleks Elbona güvənir.

F-1.az xatırladır ki, taylandlı sürücü bu il bütün sıralanma turlarında komanda yoldaşı Ferstappenə uduzub və ən yaxşı nəticəsi Ştiriya yarışındakı dördüncülük olub. 23 yaşlı pilot İspaniyada bərbad performans göstərərək, yarışı 9-cu yerdə bitirib. Buna görə də əksıriyyət gənc sürücünün tezliklə Red Bull-dan qovulacağını düşünür.

Helmut Marko: “Aleks İspaniyada zəif çıxış etdi, amma bu, onun səhvi deyildi. İspaniya onun ən pis yarışı idi, lakin inkişaf edir və onu başqa sürücü ilə əvəz etmək fikrimiz yoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*